İdman

Qurban Qurbanovun Bakıdakı ilk imtahanı

Bu gün milli komandamız növbəti yoldaşlıq oyununa çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, millimiz Belarusla münasibətlərinə aydınlıq gətirəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş seçməmizin yeni baş məşqçisi Qurban Qurbanovun ilk ev sınağı olacaq. 

Buna qədər Azərbaycan millisi Belarusla 2 dəfə qarşılaşıb. İlk oyun 2:2 hesabı, ikinci qarşılaşma isə millimizin 1:0-lıq qələbəsi ilə tamamlanıb. 

Yoldaşlıq oyunu

23 mart

20:00. Azərbaycan – Belarus
Hakimlər: Andris Treymanis, Haralds Gudermanis və Aleksey Spasyonnikov (hamısı Latviya)
Bakı Olimpiya Stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43