Kateqoriyasız

Qurbanov derbidə meydana çıxa bilmədi, komandası 1 xalla kifayətləndi

Xorvatiya çempionatında 25-ci turun oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, turun mərkəzi oyununda Ruslan Qurbanovun şərəfini qoruduğu “Hayduk” Zaqreb “Dinamo”sunu qonaq edib.

İki qolun vurulduğu derbidə qalib müəyyənləşməyib – 1:1.

Ruslan Qurbanov bu oyunun “18”liyinə daxil edilsə də meydana çıxmayıb.

Qeyd edək ki, “Hayduk” 25 turdan sonra 37 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43