Dünya futbolu

Rafinya “Barselona”da qalmaq istəyir

“Barselona”nın oyunçusu Rafinya ilə bir çox klub maraqlanır.

İdmanxeber.az məlumat verir ki, “blauqrana” braziliyalı oyunçu üçün Premyer Liqa və Səudiyyə Ərəbistan klublarından bir neçə təklif alır. “Barselona” 27 yaşlı vinger üçün 80 milyon avro tələb edir.

Rafinya isə Katalon klubunu tərk etməyi düşünmür. O, “Barselona”da xoşbəxtdir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43