15 İyun 2026
Dünya futbolu

Rafinya “Barselona”nın təklifindən narazıdır

“Barselona” hücumçu Rafinya ilə yeni müqavilə imzalamaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, oyunçu klubun təklif etdiyi sözləşmədən narazıdır. Müqavilənin müddəti və maaş futbolçunu razı salmır. 

Rafinyanın hazırkı müqaviləsi 2027-ci ilə qədərdir. “Barselona” onunla daha bir il sözləşmə uzatmaq istəyir. 

Braziliyalı bu mövsüm bütün turnirlərdə 49 oyun keçirib, 30 qol vurub və 23 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43