Milli komanda

Rail Məmmədov: “Baş məşqçinin bu qərarı mənim üçün gözlənilməz olmadı”

Millətlər Liqasının III turuna yekun vurulub.

Millətlər Liqasında məğlub etdiyimiz Farer adaları matçından sonra Rail Məmmədov oyun barəsində açıqlama verib. O, hər zaman millidən dəvət gözlədiyini bildirib:

“Belə çətin oyunda qalib gəldiyimiz üçün çox sevinirik. Həmişə milliyə dəvət alıb, oynamağı düşünmüşəm. Baş məşqçinin bu qərarı mənim üçün gözlənilməz olmadı. Bundan sonra daha yaxşı oyun göstərib millidəki yerimi möhkəmlətməliyəm. Qrupda bütün komandalara qarşı eyni səviyyədə mübarizə aparmalıyıq. Hansısa komandanın zəif olduğunu demək doğru olmaz. Bu gün komanda şəklində müdafiə olunmağa çalışdıq. Rəqibin əsas hücumlarının cinahlardan olduğunu bilirdik. Və buna hazırlaşmışdıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43