11 İyul 2026
Ölkə futbolu

Ramil Şeydayevin Türkiyədəki maaşı bəlli oldu

Türkiyənin “Kocaelispor” klubuna keçəcəyi gözlənilən Ramil Şeydayevin maaşı açıqlanıb.

İdmanxeber.az yerli mətbuata istinadən xəbər verir ki, millimizin üzvü I Liqa təmsilçisində mövsüm sonuna qədər 300 min avro qazanacaq. Şeydayev növbəti ildən isə 550 min avro alacaq.

Futbolçunun “Kocaelispor”la 1,5 illik müqavilə imzalayacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43