Ölkə futbolu

Rasim Ramaldanov: “Daha bunu mən deyə bilmərəm”

“Sumqayıt”la oyun çox çətin oldu. Bu komanda cavan oyunçulardan ibarətdi. Çox qaçan və mübarizə aparan bir komandadı. Şükür ki, qalib gəldik və diqqətimizi “Simurq”la oyuna yönəltmişik”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran”ın futbolçusu Rasim Ramaldanov deyib.

Cənub klubunun müdafiəçisi çempionluq yarışından qopmaq istəmədiklərini bildirib:

“Biz öz oyunumuzu oynayırıq. Baxımlı oyun sərgiləsək də, “Sumqayıt”la oyunda elə də yaxşı oynadığımızı deyə bilmərəm. Əsas olan qələbə idi ki, onu da biz qazandıq”.

Ramaldanov Oğuz Çətinin ona start heyətində daima yer verməməsinə isə belə münasibət bildirib:

“Mənə şans veriləndə oynayıram. Daha bunu mən deyə bilmərəm ki, niyə bütün oyunlarda oynamıram. İşim məşq etmək və daima meydana çıxmağa hazır olmaqdır ki, bunu da edirəm. Bu futboldur. Bir futbolçu hər zaman əsas heyətdə oynaya bilməz. İnşAllah yerimi qaytaracam”.

Millimizin də şərəfini qoruyan Ramaldanov bugünkü “Simurq”la oyun haqda da danışıb:

“Öz meydanımızda oynayırıq. Hədəf qələbədi. Çalışacağıq ki, yaxşı oyun göstərib xallarımızın sayını artıraq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43