“Benfika”nın müdafiəçisi Alvaro Karreras karyerasını “Real”da davam etdirməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı futbolçu ilə bağlı Madrid klubu hərəkətə keçib. “Real” oyunçunun transferində israrlıdır.
Rəhbərlik Portuqaliya kubokunun finalından sonra tərəflər arasında danışıqlar başlayacaq.
İspaniyalı müdafiəçi cari mövsümdə bütün turnirlərdə 49 oyunda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

