Dünya futbolu

“Real” bu turnirin ən güclü komandasıdır” – Pep Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola qarşıdakı “Real” oyunu barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, Çempionlar Liqasının ilk yarımfinal oyun Madriddə 1:1 hesabı ilə sona çatıb. Sabah keçiriləcək cavab matçı barədə isə Qvardiola bunları deyib:

“Emosiyalar son hədddədir və belə də olmalıdır. Ancaq “Real” kimi komandanı məğlub etmək asan deyil. Oyun planını bir az təkmilləşdirməli, düzəliş etməliyik.

Daha çox şans yaratmaq, sərfəli mövqelərdə top əldə etməliyik. Rəqibin sürətli əks-hücumlarını unutmaq olmaz.

“Real” bu turnirin ən güclü komandasıdır. Biz bunu qəbul edirik. Finala çıxmaq üçün “Santyaqo Bernabeu”dakından daha yaxşı oynamalıyıq”.

Tərəflər arasında cavab oyunu sabah saat 23:00-da oynanılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43