Dünya futbolu

“Real” Azard üçün fantastik bir təklif edəcək

Hazard Madridə yollana bilər.

Uzun müddətdir  “Çelsi”nin ulduz oyunçusu Eden Azardın adı “Real Madrid” ilə hallanır.  Britaniya mətbuatının yazdığı xəbərlərə əsasən, Madrid təmsilçisi Hazard üçün “Zadəganlar”a fantastik bir təklif etməyə hazırlaşır. Belə ki, “Kral klubu”nun  belçikalı oyunçu üçün qarşı tərəfə 224 milyon avro təklif edəcəyi bildirilir. Klub rəhbərliyinin yaxın günlərdə “Çelsi”i ilə yenidən danışıqlara başlayacağı gözlənilir.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43