“Real Madrid” “Çelsi”nin argentinalı yarımmüdafiəçisi Enzo Fernandezi heyətinə qatmaq niyyətindədir.
İdmanxeber.az xəbər verir ki, Madrid təmsilçisi bu keçid üçün London klubuna 80 milyon avro təklif etməyə hazırdır.
Məlumata görə, E.Fernandez “Real Madrid”ə keçməyə razılıq verib və artıq “kral klubu” futbolçunun meneceri ilə danışıqlar aparır.

