05 İyun 2026
Dünya futbolu

“Real” müdafiəçisi ilə müqavilə uzadır

“Real”ın müdafiəçisi Raul Asensio tezliklə klubu ilə müqaviləsini uzada bilər.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər yeni müqavilə ilə bağlı demək olar razılığa gəliblər. Futbolçunun Madrid klubu ilə hazırkı sözləşməsi gələn ilin yayında başa çatır.

Asensio klubun yetirməsidir. Bu mövsüm 22 yaşlı müdafiəçi bütün turnirlərdə 29 oyun keçirib, 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43