07 İyul 2026
Dünya futbolu

“Real” nigeriyalı futbolçunu transfer edir

“Real” heyətini yeni futbolçu ilə gücləndirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi “Vilyarreal”da çıxş edən Samuel Çukvueze ilə maraqlanır. Klub rəhbəri Florentino Persin oyunçunu bəyəndiyi bildirilir.

“Vilyarreal” klubu nigeriyalı futbolçunu satmaq istəməsə də, ona gələcək yüksək təklifi geri çevirməyəcək. Klub 23 yaşlı futbolçu üçün 50 milyon avro təzminat tələb edəcək.

Çukvuezenin komandası ilə müqaviləsi 2024-cü ilə qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43