05 İyul 2026
Dünya futbolu

“Real” onunla yolları ayırır

“Real” yay transfer pəncərəsində Dani Sebalyosla  yollarını ayırmağa hazırdır.

İdmanxeber.az-ın məlumatına görə, “Ayaks” 29 yaşlı yarımmüdafiəçi üçün artıq təklif göndərib. Daha çox oynamaq istəyən futbolçu isə “Betis”ə qayıtmağa üstünlük verir.

Qeyd edək ki, Sebalyos daha əvvəl Arsenalda da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43