Dünya futbolu

“Real” Pikeni məhkəməyə verəcək?

Madrid “Real”ı Jerar Pikenin sözlərinə rəsmi şəkildə cavab verib.

İdmanxeber.com-un məlumatına görə, “Real”ı tənqid edən və orada heç zaman işləmək aruzunda olmayacağını bildirən müdafiəçiyə rəsmi cavab gecikməyib. Belə ki, bu barədə açıqlama verən “Real” tərəfi futbolçunu məhkəməyə verməyəcəyini və hər sözün cavabını meydanda verəcəklərini bildiriblər.

“Pikenin bizim klub haqqında dediklərinə ən yaxşı cavab aprelin 23-dəki “El Klassiko”da olacaq. “Real” hər zaman sözünü meydanda deyir”, –  deyə klubun məlumatında bildirilir.

Həmçinin Madrid “Real”ı Pikeni bu sözlərə görə məhkəməyə verməcəyini də vurğulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43