19 İyun 2026
Dünya futbolu

“Real” Rodridən vaz keçmir

“Real” yarımmüdafiə xəttini gücləndirmək üçün əsas hədəfini müəyyənləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, “kral klubu” 2024-cü ilin “Qızıl top” qalibi Rodri ilə danışıqları sürətləndirib.

“Mançester Siti” isə ispaniyalı ulduzu saxlamaq üçün ona yeni uzunmüddətli müqavilə təklif etməyə hazırlaşır.

Rodrinin gələcəyi ilə bağlı yekun qərarın yayda veriləcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43