Dünya futbolu

“Real” “The Best”dən narazı qalıb – qərarlar ədalətsizdir

“Real” “The Best” mükafatlandırma mərasiminin nəticələrindən narazı qalıb.

İdmanxeber.az nüfuzlu AS nəşrinə istinadən xəbər verir ki, Madrid klubu oyunçularının mükafatlandırılmamasına etiraz edib. Dörd ay öncə “Qızıl Top”u qazanan Kərim Benzema və “Lev Yaşın” mükafatını alan Tibo Kurtuanın heç bir ada layiq görülməməsi rəhbərliyin narazılığına səbəb olub.

Ümumiyyətlə, belçikalı qolkiperin heç bir mükafat almaması klubda gözlənilməz olduğu vurğulanıb.

Bunlarla yanaşı, “Real”ın hücumçusu Vinisisus Junior da ilin ən yaxşı heyətinə daxil edilməyib. Bu səbəblərdən də “kral klubu” qərarların ədalətsiz verildiyini düşünür.

Xatırladaq ki, “The Best” mükafatları milli komandaların baş məşqçiləri, kapitanları və bir qrup jurnalistlərin səsverməsi əsasında formalaşır. İlin komandası isə azarkeşlər arasında keçirilən sorğu ilə bəlli olur.

Mərasimdə ötən ilin ən yaxşı futbolçusu Lionel Messi seçilib. Ən yaxşı qapıçı Emiliano Martines, ən yaxşı baş məşqçi adına isə Argentanın çalışdırıcısı Lionel Skaloni layiq görülüb.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43