“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu karyerasını İspaniyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Atletiko” və “Real” 20 yaşlı ingilisin vəziyyətini izləyir. Futbolçu transfer pəncərəsi bitməmiş bir mövsümlük icarəyə verilə bilər.
Yarımmüdafiəçinin hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir. “Transfermarkt” portalı oyunçunun transfer dəyərini 50 milyon avro qiymətləndirir.

