“Real”ın futbolçusu Antonio Rudiger “Barselona”ya qarşı oyunda meydana çıxa bilər.
İdmanxeber.az “Marca” nəşrinə istinadən xəbər verir ki, futbolçu “Valyadolid”lə görüşdə xəstə olduğu üçün kənarda qalmışdı. Ancaq buna baxmayaraq o, İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyununda “El Klasiko”da çıxış edə bilər.
Rudigerin fərdi məşqlərə başladığı və Karlo Ançelottinin şans verəcəyi təqdirdə “Barselona”ya qarşı oynaya biləcəyi vurğulanıb.
“Barselona” – “Real” matçı aprelin 5-də start götürəcək.
Almaniyalı oyunçu bu mövsüm La Liqada 23 oyuna çıxıb və bir qol vurub.

