İspaniya La Liqasında mübarizə aparan “Real” (Madrid) internet hüquqları üçün 10 ildə 500 milyon avro ödəyəcək.
İdmanxeber.com-un məlumatına görə, bu haqda İspaniyanın “El Confidencial” qəzeti xəbər yayıb.
Kral klubu internet canlı yayım hüquqları üzrə Amerikanın “Providence Equity Partners” şirkəti ilə razılaşıb. Sazişə əsasən, İspaniya təmsilçisi 10 ildə 500 milyon avro ödəyəcək.