12 İyul 2026
Dünya futbolu

“Real”ın Bellingem israrı davam edir

“Real” ingiltərəli futbolçu Jud Bellingemin transferi üçün israrını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, yaxın günlərdə Madrid təmsilçisi “Borussiya” klubuna rəsmi müraciət edəcək. Artıq “kral klubu”nun oyunçu ilə şifahi razılıq əldə etdiyi bildirilir.

Hazırda Bundesliqa çempionluğu uğrunda mübarizə aparan Dortmund təmsilçisinin Bellibgeni buraxıb-buraxmayacağı mövsüm sonundakı nəticədən asılı olacaq.

19 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 42 oyuna çıxıb, 14 qol vurub və 7 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43