Kateqoriyasız

Region Kuboku: “Cəbrayıl” Belarus klubuna da uduzdu

UEFA Region Kubokunda çıxış edən “Cəbrayıl” komandası ilkin seçmə mərhələnin II qrupunda sonuncu oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, Şamaxı şəhər stadionunda Belarusun “Kolos” komandasına qarşı keçirilmiş qarşılaşmada 2:6 hesabı ilə məğlub olan təmsilçimiz mübarizəsini dayandırıb.

Komandamızın heyətində 10-cu dəqiqədə Məhəmməd Xəlilov və 30-cu dəqiqədə Rəşad Həmidov fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43