Hazırda davam edən “Qarabağ” – “Şerif” matçında maraqlı hadisə baş verib.
İdmanxeber.az-ın məlumatına görə, oyunun ikinci yarısında polislə Ağdam klubunun azarkeşləri arasında yaranan söz davası böyüyüb. Sonucda polis əməkdaşları 2 azarkeşi arenadan çıxararaq bölməyə aparmağa cəhd edib. Lakin stadiona toplaşan azarkeşlərin uğultu səsləri və təpkilərindən sonra bölməyə aparılmalı olan azarkeşlər sərbəst buraxılıb.