Ölkə futbolu

“Rəvan” “Qəbələ”ylə sülhə razılaşmır

“Rəvan” Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Qəbələ” ilə üz-üzə gələcək.

İdmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir ki, eyniadlı şəhər stadionunda keçiriləcək hesabat turunun açılış oyunu ərəfəsində statisitikaya müraciət etmək yerinə düşərdi.

İlk öncə onu qeyd edək ki, komandalar indiyə qədər 6 dəfə üz-üzə gəlib. Maraqlıdır ki, bu qarşıdurmalarda heç-heçə qeydə alınmayıb: “Rəvan”ın 2, “Qəbələ”nin 4 qələbəsi var. Özü də “Rəvan” həmin bu 2 qələbəni məhz Qəbələdə əldə edib.

Sonda komandalar arasında ölkə çempionatında baş tutan oyunları da diqqətinizə çatdırırıq:

30.09.2011Qəbələ – Rəvan   2:3            

30.09.2012 Rəvan – Qəbələ 0:4

30.09.2012 Qəbələ – Rəvan  1:3

30.09.2012 Rəvan – Qəbələ 1:3

30.09.2013 Qəbələ – Rəvan   3:0

30.09.2013 Rəvan – Qəbələ  0:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43