Ölkə futbolu

Rey Farucciya: “Qrupda favorit yoxdur”

“Azərbaycan çox yaxşı komandadır. Bərabərliyi bizim üçün uğurlu nəticə hesab edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri UEFA Millətlər Liqasının II turunda millimizlə oyundan  sonra təşkil edilən mətbuat konfransında Malta yığmasının baş məşqçisi Rey Farruciya deyib. 63 yaşlı mütəxəssis bildirib ki, Malta yığması getdikcə oyunu yaxşılaşdırır:

“İrəliyə doğru addımlayırıq. Bugünkü matç komandam üçün çox önəmli idi. Daha böyük dəstəyə ehtiyac duyuruq. Qrupumuzda favorit yoxdur. Məsələn, Kosovo yeni komandadır. İstədikləri yeni futbolçularla heyəti gücləndirə bilərlər. Farer adaları da güclüdür. Lakin fikrimcə, Kosovo bir qədər üstündür. Hazırkı reytinq cədvəli yığmaların gücünü düzgün əks etdirmir. Kosovo daha üst sırada dayanmalıdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43