Dünya futbolu

Reynaldo rəmzi komandada, Almeyda isə kənarda qaldı

Qazaxıstan çempionatının 31-ci turunun rəmzi komandası açıqlanıb. “Astana”nın oyunçusu və millimizin üzvü Riçard Almeyda son turda “Tobol”a qarşı forma geyinsə də, rəmzi 11-likdə yer ala bilməyib.

“Aktobe”də oyunayan sabiq “Qarabağ”lı Reynaldo isə rəmzi 11-likdə olub. O, son turda “Kızıl -Jar”a qarşı oyunda fərqlənərək komandasının qələbə topunu vurub.

Qeyd edək ki, “Astana” koamndası sona 3 tur qalmış çempionluğunu təmin edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43