Kateqoriyasız

Reynaldo və Emeqara dubl etdi, “Qarabağ” 7 cavabsız qolla qazandı

Premyer Liqada  yaranmış fasilədən istifadə edən “Qarabağ” bu gün yoxlama oyunu keçirib.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu əvəzedici komanda ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç əsas komandanın 7:0 hesablı qələbəsi ilə başa çatıb. 

Emeqera və Reynaldo dubla imza atıb. Leroy Corc ,İlqar Qurbanov, Cavid Tağıyev isə hərəyə bir dəfə fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43