İntizam Komitəsinin iclası keçirilib.
Topaz Premyer Liqasının V turunun “Zirə” – “Neftçi” matçının 45-ci dəqiqəsində “Zirə” və “Neftçi” klublarının baş məşqçiləri Samir Abasov və Roberto Bordin bir-biriləri ilə sərt mübahisə etdiklərinə görə texniki zonadan kənarlaşdırılıblar. Bu səbəbdən hər iki məşqçi 1 oyun cəzalanır, klublar 800 manat cərimə olunub.