Ölkə futbolu

“Sumqayıt”ın məşqçisinə 10 oyun, kluba 8 min cərimə verildi

Bu gün İntizam Komitəsinin iclası baş tutub.

Topaz Premyer Liqasının V turunun “Keşlə” – “Sumqayıt” matçının 90+2-ci dəqiqəsində “Keşlə” klubunun  futbolçusu Klennon Andre ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun məşqçisi Anton Dioçenko aqressiv davranış, hakimə qarşı fiziki təsir göstərdiyinə görə 10 oyun cəzalanır, klub 8000 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43