İdman

Roberto Karlos superliqa klubuna qayıdır

Baş məşqçisi Rza Çalımbayı istefaya göndərən “Antalyaspor” boş qalan posta məşhur simanı gətirməyi planlaşdırır.

İdmanxeber.com-un məlumatına görə, klub braziliyalı sabiq müdafiəçi Roberto Karlosla anlaşmağa çox yaxındı. Superliqada “Fənərbaxça” forması geyindikdən sonra “Sivasspor” və “Akishar”ın baş məşqçisi postuna gətirilən 44 yaşlı veteran oyunçunun “Antalyaspor” rəhbərliyi ilə artıq görüşü baş tutub.

Məsələnin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43