Dünya futbolu

Roberto Mançini “Zenit”də

“İnter” və “Mançester Siti”nin keçmiş baş məşqçisi Roberto Mançini Rusiyanın “Zenit” klubu ilə razılığa gəlib.

İdmanxeber.com-un məlumatına görə, 52 yaşlı mütəxəsisə 3 illik müqavilə təklif edilib. İtalyan çalışdırıcının həftə içi Moskvaya gəlib piterlilərlə müqavilə imzalayacaq. Onun Rusiya klubundan illik 5-6 milyon avro maaş alacağı gözlənilir.

Xatırladaq ki, “Zenit”in son baş məşqçisi Mirça Luçesku olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43