İdman

“Roma” rəsmisi: “Qarabağ”la oyuna ən yaxşı şəkildə hazırlaşacağıq”

“Altı ağır matç oynayacağıq. Bu, çətin məsələdir. Məsələn, bunun içində Azərbaycana uzun səfər var”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Roma”nın meneceri Umberto Qandini Çempionlar Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

“Qarabağ”ın ÇL-dəki qrup mərhələsindəki rəqiblərindən biri olan İtaliya klubunun rəsmisi yerli mətbuata açıqlamasında həm A seriyasında, həm də ÇL-də oynamağın çətin olduğunu bildirib: “Amma böyük klublara qarşı çıxış etmək sevindiricidir. Azərbaycana səyahət bizi narahat edən amildir. Ancaq həmin oyuna ən yaxşı şəkildə hazırlaşacağıq. Dekabr ayında harada olacağımız bizim öz məsuliyyətimizdən asılıdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43