Premyer Liqa

Roman Qriqorçuk: “Ciddi cəzadır”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində AZAL-a qarşı oyunda texniki zonadan kənarlaşdırıldığına görə 1 oyunluq cəza almasına münasibət bildirib.

İdmanxeber.com xəbər verir ki, ukraynalı mütəxəsis bunları söyləyib:

“Mən bu qərarı heç müzakirə etmirəm. Bütün bəraətlərimə baxmayaraq, etdiyim hərəkətə görə belə bir cəza vermələrinə haqları var. Belə qərarları müzakirəsiz qəbul edirəm. AZAL-ın futbolçusu İlqar Ələkbərovun diskvalifikasiya olunmasına gəlincə, iki oyunluq cəza ağırdır. O, bununla çox şey itirəcək. Ciddi cəzadır. Təbii ki, hansısa futbolçunun cəzalanmasını istəməzdim. Sadəcə, belə şeyləri öncədən düşünüb cəzaya səbəb olacaq hərəkətlərə yol verməmək lazımdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43