Dünya futbolu

“Roma”nın forvardı “Fiorentina”ya keçir

Andrea Belotti “Fiorentina”ya transfer olacaq.

İdmanxeber.az-ın məlumatına görə, “Roma”nın forvardı icarə əsasında mövsümün sonuna qədər “Fiorentina”da çıxış edəcək. 30 yaşlı hücumçu bu gün tibbi baxışdan keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

Belotti bu mövsüm 22 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43