25 İyun 2026
Dünya futbolu

“Roma”nın futbolçusunun ayağı sındı

“Roma”nın futbolçusu Corcinyo Veynaldum məşq zamanı ağır zədə alıb.

İdmanxeber.az xəbər verir ki, məşq zamanı 32 yaşlı yarımmüdafiəçinin sağ ayağının baldır sümüyü sınıb.

“Canavarlar” niderlandlı oyunçunu zədələyən komanda yoldaşının adını açıqlamayıb. Paytaxt təmsilçisi bunun bir bədbəxt hadisə olduğunu düşünür.

Veynaldumun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.

Qeyd edək ki, Corcinyo Veynaldum “Roma”ya bu ay Fransa PSJ-sindən keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43