Kateqoriyasız

Rövnəq Abdullayev “Alanyaspor”un prezidenti ilə görüşdü

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında AFFA-nın prezidenti Rövnəq Abdullayev Türkiyənin “Alanyaspor” Futbol Klubunun prezidenti Hasan Çavuşoğlu ilə görüşüb.

İdmanxeber.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Görüş zamanı AFFA ilə “Alanyaspor” klubu arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, futbolun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43