Müsahibə

Rüfət Dadaşov: “Hər iki oyunda da qalib gələ bilərik”

Almaniya III Bundesliqa təmsilçisi “Proyssen” klubunun hücumçusu həmyerlimiz Rüfət Dadaşov “Bild” nəşrinə müsəhibə verib. O, Azərbaycan milli komandasına dəvət almasından danışıb:

“Millim üçün oynamağı çox arzulayırdım. Açığı bu qədər tez təklif gələcəyini gözləməzdim. Bunun üçün hazırki klubuma çox təşəkkür edirəm. Ümid edirəm ki, yığmada əsas heyətə düşəcəm. Xeyli vaxtı yiğmaya dəvət almadığımdan bəzi oyunçulardan xəbərim yoxdur. Almaniyada oynayan Dmitri Nazarov yaxşı tanıyıram. Onunla yaxın dostuq. Qarşıda iki çətin qarşılaşma bizi gözləyir. Hər iki oyunda da qalib gələ bilərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43