Kateqoriyasız

Rüfət Dadaşov “Proyssen”dən ayrılır – yeni komandası bəllidi

Millimizin və Almabiyanın “Proyssen” klubunun futbolçusu Rüfət Dadaşov karyerasını Vyetnamda davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, hücumçu ölkənin yüksək liqa təmsilçisi “Nam Din”ə keçir. Bu barədə Vyetnam mətbuatı xəbər yayıb.

“Nam Din” Vyetnam çempionatında başa çatan mövsümü 31 xalla 14 komanda arasında 11-ci sırada tamamlayıb.

Qeyd edək ki, Rüfət Dadaşovun Almaniya klubu ilə müqaviləsinin müddəti 2020-ci ilin yayında  başa çatırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43