05 İyul 2026
Kateqoriyasız

Ruslan Abışov “Xəzər Lənkəran”da

Az öncə xəbər verdiyimiz kimi millimizin üzvü olan Ruslan Abışov "Qəbələ"dən ayrılıb.

İdmanxeber.com-un məlumatına görə, Yunis Hüseynov Ruslan Abışovu yenidən "Xəzər Lənkəran"da görmək istəyir. Buna görədə Abışov "Qəbələ" ilə olan müqaviləsini qarşılıqlı şəkildə pozub. 

Ruslan Abışov "Xəzər Lənkəran" forması ilə 22 oyunda 2 qol, 5 sarı və 1 qırmızı kartla yadda qalmışdır.

Qeyd edək ki, "Neftçi" klubuda Ruslana təklif göndərib.

avrofutbol.com


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43