Xəbər verdiyimiz kimi Rusiyanın “Rubin” klubu Avropa Liqasının 1/16 final mərhələsində İspaniyanın “Betis” komandası ilə qarşılaşacaq.
Kazan təmsilçisinin və Azərbaycan millisinin üzvü Ruslan Abışov püşkü dəyərləndirib.
“Bizi “Betis”lə çətin matç gözləyir. Bu komanda İspaniya La Liqasında axırıncı yerlərdə getməsinə baxmayaraq, çox güclüdür. Bundan əlavə, rəqibin heyətində Ruben Kastro və Xuan Verdu kimi futbolçular var. Növbəti mərhələyə yüksəlmək çətin olacaq”.