Kateqoriyasız

“Səbail” 10 gün əvvəl müqavilə bağladığı Hacıyevlə yolları ayırdı

“Səbail” baş məşqçisi Aftandil Hacıyevlə yollarını ayırıb.

İdmanxeber.az saytının məlumatına görə, paytaxt klubu 10 gün əvvəl 1 illik müqavilə imzaladığı baş məşqçi ilə yola davam etmək istəməyib.

Məlumata görə, ayrılığın əsas səbəblərindən biri Premyer Liqanın 28-ci turu çərçivəsində komandanın “Sumqayıt”a 0:5 hesabı ilə uduzması olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43