Ölkə futbolu

“Səbail” Braziliya klubuna qalib gəldi

Türkiyədə təlim-məşq toplanışında olan” Səbail” bu gün növbəti yoxlamam oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi  ilk olaraq, Braziliyanın III liqa təmsilçisi “Raça Sport”la qarşılaşıb və 3:2 hessabı ilə qalib gəlib.

“Səbail” bu gün Bakı vaxtı ilə saat 16:30-da növbəti oyuna çıxacaq. Komanda Qazaxıstanın “Kaysar” klubu ilə qarşılaşacaq.

24 yanvar

“Səbail” – “Raça Sport” (Braziliya) – 3:2
Qollar:
 Orxan Qurbanlı, 15, 80, Aqşin Qurbanlı, 44

16:30. “Səbail” – “Kaysar” (Qazaxıstan)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43