Ölkə futbolu

“Sabah” – “Beşiktaş” oyununda 6 qol

Bu gün “Sabah”la Türkiyənin “Beşiktaş” klubu arasında yoldaşlıq matçı keçirilib.

İdmanxeber.az xəbər verir ki,  görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılıb və 3:3 hesabı ilə başa çatıb.  Qardaşlıq oyununun baş hakimi Tural Qurbanov, köməkçi hakimlər Vüsal Məmmədov və Rəhman İmami, dördüncü hakim isə İnqilab Məmmədovdur.  

 

Qeyd edək ki, matç xeyriyyə xarakteri daşıyıb. Oyundan əldə edilən bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək. 

Əlavə edək ki, “Sabah” Misli Premyer Liqasında 2-ci, “Beşiktaş” Türkiyə Superliqasında 68 xalla 3-cü pillədə qərarlaşıb.

13 may

18:00. “Sabah” – “Beşiktaş” – 3:3 

Qollar: Aleksey Kaşuk, 3 (1:0),5 (2:0), Meraş, 24 (2:1), 45 (2:2), Tosun, 63-pen (2:3), Davit Volkov, 70 (3:3)
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, İnqilab Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu

Reallaşdırılmayan penalti: Mikkels (“Sabah”), 42-qapıçı 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43