11 İyul 2026
Ölkə futbolu

“Sabah” futbolçusunu göndərdi – Qarabağ klubunda oynayacaq

“Sabah” futbolçusunu I Liqa klubuna göndərib.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət Rüstəm Samuqillindən gedir. 24 yaşlı qolkiper karyerasını “Cəbrayıl”da davam etdirəcək.

O, yeni komandası ilə mövsümün sonuna qədər müqavilə bağlayıb. 

Qarabağ təmsilçisi Azərbaycan I Liqasında 13 xalla 8-ci pillədə qərarlaşıb.

Samuqillin cari mövsüm “Sabah” forması ilə heç bir oyunda iştirak etməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43