08 İyul 2026
Ölkə futbolu

“Sabah” legioneri ilə yollarını ayırdı – RƏSMİ 

“Sabah”  Vinsent Till ilə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, lüksemburqlu yarımmüdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

Till 2023-cü ildən etibarən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın  heyətində 35 oyuna çıxaraq 3 qol vurub.

Klub Vinsent Tillə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43