05 İyul 2026
Ölkə futbolu

“Sabah” “Olimpiakos”la heç-heçə etdi -YENİLƏNİB

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün növbəti yoxlama oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Murad Musayevin baş məşqçi olduğu kollektiv Yunanıstan təmsilçisi “Olimpiakos”la üz-üzə gəlib.

Kematen stadionunda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. Bakı klubunun heyətində Davit Volkov 42-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, “Sabah” daha əvvəl Qətərin “Əl-Sədd” komandasına 3:1 hesabı ilə qalib gəlib. Paytaxt klubu ikinci görüşündə Almaniya “Sankt-Pauli”sinə uduzub – 1:4.

Yoxlama oyunu

14:00 “Sabah” – “Olimpiakos” 1:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43