Bu gün Azərbaycan təmsilçisi “Sabah” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-lə (Uels) cavab oyununa çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərədəki “Park Hall Stadium”da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Bu komandaların bir həftə əvvəl Bakıda oynanılan görüşündə “Sabah” 2:0 hesablı qələbə qazanmışdı.
“Sabah” – TNS cütünün qalibi ÇL-in 2-ci təsnifat mərhələsində “Vardar” (Şimali Makedoniya) – “Kups” (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi
21:30. TNS (Uels) – “Sabah” (Azərbaycan)

