Kateqoriyasız

“Sabah”a gəlməkdənsə həvəskar kluba getməyi üstün tutdu

Bir müddət öncə karyerasını bitirdiyini açıqlayan Rusiya millisinin Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov fikrindən daşınıb.

İdmanxeber.az-ın məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi Rusiya həvəskar liqası olan dördüncü divizion təmsilçisi “Znamya”da davam etdirəcək. Bu barədə klubun “VKontakte”dəki səhifəsi məlumat yayıb.

Qeyd edək ki, A.Səmədov yay transfer pəncərəsində “Sabah”dan təklif almışdı. Lakim o,  “Sabah”dan təklif alınca karyerasını bitirməyi qərara almışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43