Ölkə futbolu

“Sabah”da son durum

“Sabah” Misli Premyer Liqasının 34-cü turu çərçivəsində keçiriləcək “Sumqayıt”la oyunun hazırlıqlarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, komandada “kimyaçılar”la görüş öncəsi cəzalı futbolçu yoxdur. Paytaxt təmsilçisində yalnız bir oyunçu – Zurab Oçiqava meydana çıxa bilməyəcək.

Ukraynalı müdafiəçi zədə səbəbindən bu matçı da buraxacaq. 

“Sumqayıt” – “Sabah” matçı sabah saat 19:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43