28 İyun 2026
Ölkə futbolu

“Sabah”dan Mikelsin durumu ilə bağlı açıqlama 

Milsi Premyer Liqasının 7-ci turunda “Karvan-Yevlax”la oyunda zədə alan hücumçu tam tibbi müayinədən keçib.

Oyunçunun son durumu ilə bağlı klubun mətbuat xidmətindən İdmanxeber.az-a açıqlama verilib:

“Karvan-Yevlax”la oyunda zədə alan futbolçumuz Coy-Lens Mikels tam tibbi müayinədən keçib. Müayinənin nəticələrinə əsasən, futboloçunun daxili orqanlarında hər hansı ciddi zədə və ya daxili qanaxma halı aşkarlanmayıb. Həkimlərin rəyinə əsasən, futbolçumuza qabırğa əzilməsi diaqnozu qoyulub. Mikelsin bərpa müddəti növbəti günlərdə müəyyən ediləcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43